SİZİN REKLAM BURADA!
055 213 76 73


Əfqanıstanın paytaxtı Kabil şəhərində iki prezidentin andiçmə mərasimi keçirilib.

BAKU.WS xəbər verir ki, bu barədə “Tolo News" kanalı məlumat yayıb.

Məlumata görə, hazırkı prezident Əşrəf Qəni və baş nazir Abdullah Abdullah 2019-cu ilin sentyabrında keçirilmiş prezident seçkilərinin qalibi kimi özünü ictimaiyyətə təqdim edib.

Hər iki siyasətçi andiçmə mərasimi keçirərək özünü dövlət başçısı elan edib.

Əşrəf Qəninin andiçmə mərasiminə ABŞ-ın Əfqanıstan üzrə xüsusi elçisi Zalmay Xəlilzad, ABŞ-ın müvəqqəti işlər vəkili Ross Uilson və ABŞ və NATO qüvvələri komandanı general Austin Scott Miller qatılıblar.

Abdullah Abdullahın isə andiçmə mərasimi iqamətgahının yerləşdiyi Sapedar sarayında baş tutub.

BAKU.WS
VİDEO