Çindən koronavirusla bağlı sevindirici xəbər - uzun müddətdən sonra ilk dəfə - VİDEO

Çində koronavirusdan ölənlərin sayı 3119, sağalanların sayı isə 58600 nəfərə çatıb.
BAKU.WS xəbər verir ki, bu barədə Çinin Səhiyyə məsələləri üzrə Komitəsindən bildirilib.
24 saat ərzində Çində 40 yeni yoluxma, 22 ölüm halı qeydə alınıb, 1535 nəfər isə sağalıb.
Ümumilikdə, Çində yeni koronavirusa yoluxanların sayı 80735 nəfərdir.
Rəqəmlərdən göründüyü kimi yoluxanların və ölənlərin sayı azalmaqdadır. Uzun müddətdən sonra ilk dəfədir ki, Çin koronavirusa qarşı bu qədər qətiyyətli mübarizə apara bilib.
Çində virusun lokallaşdırılması və ölü sayının azaldılması çox şeydən xəbər verir. Bu göstərir ki, koronavirusa qarşı mübarizə aparmaq və onun yayılmasının qarşısını almaq mümkündür.
Oxşar xəbərlər
Koronavirusdan hansı ölkədə nə qədər insan sağalıb - CƏDVƏL
Çində yaranan və dünyanın 80-dən çox ölkəsinə yayılan koronavirus xəstəliyinə (COVID-19) bu günə kimi 98 mindən çox insan yoluxub. BAKU.WS xəbər verir ki, virus...
