SİZİN REKLAM BURADA!
055 213 76 73


Gürcüstanda koronavirusa yoluxanların sayı iki nəfərə çatıb. 

BAKU.WS "Sputnik Georgiya"ya istinadən xəbər verir ki, bu barədə ölkənin Milli Xəstəliklərə Nəzarət Mərkəzinin rəhbəri Amiran Qamkrelidze cümə günü keçirdiyi brifinqdə məlumat verib.

Onun sözlərinə görə, virus İtaliyadan qayıtmış Gürcüstan vətəndaşında aşkarlanıb. 

"Bildirmək istəyirəm ki, dünən gecə daha bir koronavirus infeksiyası qeydə alınıb. Bu şəxs İtaliyada olub. O, Gürcüstan vətəndaşıdır və səhhəti qənaətbəxşdir", - deyə Qamkrelidze əlavə edib.

Qeyd edək ki, Gürcüstanda virusa ilk yolxuma halı fevralın 26-da qeydə alınıb. 

BAKU.WS