Bakıdan Belarusa gedən iranlı tələbədə koronavirus aşkarlandı
28
fev
2020
09:56
Koronavirusa ilk yoluxma halı Belarusda da qeydə alınıb.
BAKU.WS "BELTA"ya istinadən xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyi məlumat yayıb.
"Fevralın 27-də Respublika Elmi-Praktik Epidemiologiya və Mikrobiologiya Mərkəzində keçirilmiş testlər zamanı iranlı tələbədə koronavirusa (2019-nCoV) yoluxma halı müəyyən edilib. İranlı tələbə fevralın 22-də Bakıdan təyyarə ilə Belausa gəlib.
Xəstə və onunla əlaqədə olanlar Minsk İnfeksiya Xəstəlikləri Xəstəxanasına yerləşdirilib. Hazırda iranlı gənc özünü qənaətbəxş hesab edir", - deyə məlumatda qeyd olunur.
Oxşar xəbərlər
Dünyanı vahiməyə salan ölümcül virusa yeni ad verildi - VİDEO
Çində dünyanı dəhşətə gətirən ölümcül koronavirusa yoluxanların sayı durmadan artır. BAKU.WS xarici mətbuata istinadən xəbər verir ki, virus Çinin bütün əyalətl...