SİZİN REKLAM BURADA!
055 213 76 73


İranda yeni koronavirusdan (COVİD-19) ölənlərin sayı artıb.

BAKU.WS xəbər verir ki, bunu İranın Səhiyyə, Müalicə və Tibbi Təhsil Nazirliyinin mətbuat xidmətinin müdiri Kiyanuş Cahanpur deyib.

Bundan başqa, həmin virusdan daha bir nəfər dünyasını dəyişib. Beləliklə də, bu virusdan ölənlərin sayı 6 nəfər olub.

Bundan başqa, İranda koronavirusa yoluxanların sayı 28 nəfərə çatıb.

Qeyd edək ki, alimlər koronavirus “nCoV”-la 2019-cu ilin sonunda tanış olublar.

Dünya Səhiyyə Təşkilatı da “nCoV”-la bağlı həyəcan təbili çalıb.

Bildirilir ki, koronavirusların 37-dən artıq növü var. Lakin yayılan “nCoV” həkimlərin ən çox qorxduğu virus ailəsindəndir.

Amerikalı alimlər isə Çində yaranan təhlükəli virusun məhv edilməsi üçün yeni vaksinlərin yaradılması istiqamətində çalışırlar.

BAKU.WS
VİDEO