VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

General Xəlifə Haftara məxsus ordunun nümayəndəsi Xalid əl-Mahcub Liviyanın Tripoli limanında türk gəmisinin vurulduğunu açıqlayıb.
BAKU.WS TASS-a istinadən xəbər verir ki, gəmidə silah-sursat olub.

Əl-Mahcub bildirib ki, gəmi Türkiyədən gəlib və Milli Razılaşma hökumətinin qüvvələri üçün silah gətirib: "Bu, Liviyaya silah verilməsini qadağan edən beynəlxalq müqavilələrin pozulmasıdır".

Daha əvvəl Tripolinin əsas dəniz limanının atəşə tutulduğu, bir neçə mərminin partladığı barədə məlumat verilmişdi.

BMT Baş katibinin Liviyadakı xüsusi nümayəndəsi Həsən Salam Tripoli limanının atəşə tutulduğunu təsdiqləyib.

BAKU.WS