SİZİN REKLAM BURADA!
055 213 76 73


Hollivud ulduzu Kirk Duqlas 103 yaşında dünyasını dəyişib.

BAKU.WS TASS informasiya agentliyinə istinadla xəbər verir ki, bu barədə aktyorun oğlu Maykl Duqlas deyib.

Qeyd edək ki, Kirk Duqlas kinoda bir çox rolları ilə məşhurdur. O, “Spartak” və “Detektiv tarixi” filmlərində rol alıb. Aktyor həmçinin on kitab müəllifidir.

Əfsanəvi aktyor kinematoqrafiya tarixində ən məşhur və müvəffəqiyyətli kişi aktyorlardan biri hesab edilir.

BAKU.WS
VİDEO