SİZİN REKLAM BURADA!
055 213 76 73


İzmirdən İstanbula uçan sərnişin təyyarəsi Sabiha Gökçən hava limanında sərt eniş edərkən uçuş-enmə zolağından çıxıb və üç hissəyə parçalanıb.

BAKU.WS-in məlumatına görə, Türkiyənin Nəqliyyat naziri Cahit Turhan təyyarədə 177 sərnişinin və 6 ekipaj üzvünün olduğunu bildirib. İlkin məlumata görə, qəza nəticəsində həlak olan yoxdur. Yaralıların təxliyəsi hazırda davam etdirilir. İlkin məlumata əsasən, qəza nəticəsində 52 nəfər xəsarət alıb.

Hava limanında uçuşlar müvəqqəti dayandırılıb.


20:04


İstanbulun Sabiha Gökçən hava limanında İzmir-İstanbul səfərini reallaşdıran təyyarə eniş edərkən uçuş-enmə zolağından çıxıb.

BAKU.WS xəbər verir ki, yerə sürtünmənin təsirindən təyyarə alovlanıb. Təyyarədə olan 177 sərnişin təxliyə edilir.

Hadisə yerinə çox sayda təcili tibbi yardım və yanğınsöndürən briqadalar cəlb edilib.

Xəsarət alanlarla bağlı məlumat yoxdur.

Hava limanında uçuşlar müvəqqəti dayandırılıb.

BAKU.WS
QALEREYA