8 ildir sahibi tapılmayan təyyarə 10 avroya hərraca çıxarıldı

8 ildir sahibi tapılmayan təyyarə 10 avroya hərraca çıxarıldı
Dünya 53

İspaniyanın Sevilya hava limanında 2018-ci ildən bəri sahibsiz vəziyyətdə qalan təyyarə cəmi 10 avro başlanğıc qiyməti ilə açıq hərraca çıxarılıb.

BAKU.WS xəbər verir ki, söhbət ABŞ istehsalı olan iki mühərrikli Piper PA-23 Apache model təyyarədən gedir.

Məlumata görə, hava gəmisinin sahibi uzun illər ərzində müəyyən edilməyə çalışılıb. İspaniyanın rəsmi dövlət bülletenində (BOE) üç dəfə elan dərc olunsa da, heç bir şəxs təyyarəyə sahiblik iddiası irəli sürməyib. Bundan sonra təyyarə hüquqi baxımdan "tərk edilmiş əmlak" statusu alaraq hərraca çıxarılıb.

Hərracın şərtlərinə əsasən, tələblərə cavab verən istənilən fiziki və ya hüquqi şəxs satışda iştirak edə bilər. Başlanğıc qiyməti 10 avro, iştirak üçün tələb olunan depozit isə cəmi 0,5 avro müəyyən edilib.

İspaniyanın Hava Limanları və Hava Naviqasiyası Agentliyi (Aena) bildirib ki, elan yayımlandıqdan sonra hərraca böyük maraq yaranıb və çoxsaylı müraciətlər daxil olub.

Mütəxəssislər qeyd edirlər ki, təyyarə uzun illər baxımsız qaldığı üçün yenidən uçuşa yararlı vəziyyətə gətirilməsi mümkün deyil. Buna baxmayaraq, onun kolleksiya və ya dekorativ məqsədlər üçün dəyər daşıdığı bildirilir.

Qeyd olunur ki, yaxşı vəziyyətdə olan Piper PA-23 Apache təyyarələrinin beynəlxalq bazarda qiyməti texniki vəziyyətindən asılı olaraq 35 min dollardan 225 min dollara qədər dəyişir. Buna görə də Sevilyadakı təyyarənin simvolik qiymətlə hərraca çıxarılması böyük maraq doğurub.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər