VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

BAKU.WS CNN Türk-ə istinadən xəbər verir ki, vəziyyəti ağır olan yaralılardan ikisi vəfat edib.

Bununla da şəhidlərin sayı 6-ya çatıb.

***10:11***

Suriyanın İdlib şəhərində Türkiyə hərbçilərinə hücum edilib.

BAKU.WS “Anadolu” agentliyinə istinadən xəbər verir ki, Suriya ordusunun top atışı nəticəsində 4 əsgər şəhid olub, 9-u da yaralanıb.

Türkiyə Milli Müdafiə Nazirliyinin məlumatına görə, hücumdan sonra bölgəyə dəstək qüvvələri cəlb edilib və qarşılıq verilib.

Qeyd edək ki, İdlibdə son günlərdə vəziyyət gərginləşib. Suriya ordusu terrorçuların və Suriya müxaliflərinin əlində olan şəhəri azad etmək üçün əməliyyatları gücləndirib.

Fərid ƏDALƏT
BAKU.WS