SİZİN REKLAM BURADA!
055 213 76 73


Çində yayılan koronavirus insanların həyatına son qoymağa davam edir.

BAKU.WS TASS agentliyinə istinadən xəbər verir ki, bu virusa yoluxanların sayı 6 minə çatır.

Virusdan ölənlərin sayı isə 132 nəfər olub.

Çin hökuməti virus yayılan bölgələrdə insanların giriş-çıxışlarına məhdudiyyətlər qoyub. Həmin bölgələrdə karantin elan edilib.

Qeyd edək ki, alimlər koronavirus “nCoV”-la 2019-cu ilin sonunda tanış olublar.

Dünya Səhiyyə Təşkilatı da “nCoV”-la bağlı həyəcan təbili çalıb.

Bildirilir ki, koronavirusların 37-dən artıq növü var. Lakin yayılan “nCoV” həkimlərin ən çox qorxduğu virus ailəsindəndir.

Amerikalı alimlər isə Çində yaranan təhlükəli virusun məhv edilməsi üçün yeni vaksinlərin yaradılması istiqamətində çalışırlar.

BAKU.WS
VİDEO