Türkiyənin Elazığ şəhərinin Sivrice rayonunda baş verən güclü zəlzələ nəticəsində ölənlərin sayı artıb.

BAKU.WS “haberler"ə istinadən xəbər verir ki, bu barədə Türkiyənin Səhiyyə Nazirliyi məlumat yayıb.

Verilən məlumata görə, zəlzələ nəticəsində dünyasını dəyişənlərin sayı 22 nəfərə çatıb. Yaralıların sayı isə 1030 olub.

Türkiyənin Fövqəladə Halların İdarə Olunması Agentliyi isə məlumat yayıb ki, fəlakət bölgəsinə Türkiyənin 28 əyalətindən 493 xilasedici qrup cəlb edilib.

Zəlzələ bölgəsində 2 minə yaxın çadır qurulub.

Qeyd edək ki, Türkiyənin Elazığ şəhərinin Sivrice rayonunda Rixter cədvəli ilə 6,8 bal gücündə zəlzələ baş verib.

Yeraltı təkan yerli vaxtla saat 20:55-də qeydə alınıb.

Təkanların ocağı yerin 6.75 kilometr dərinliyindədir.

Təkan ətraf bölgələrdə də hiss olunub.

BAKU.WS