SİZİN REKLAM BURADA!
055 213 76 73


2011-ci ildə silahlı hücuma məruz qalaraq, başından güllələnən Türkiyənin məşhur müğənnisi İbrahim Tatlıses yenidən efirə qayıdacaq.

BAKU.WS xəbər verir ki, bu barədə sənətkar özü ad günü şərəfinə təşkil edilən şənlikdə bildirib.

68 yaşını qeyd edən “İmperator”, yenidən “İbo Show” verilişi üçün çəkilişlərə başlayacağını qeyd edib.

Ad gününü böyük ziyafətlə qeyd edən İbo, onu sevənləri sevindirəcəyini xüsusi vurğulayıb:

“Artıq meymunun gözləri açıldı. Yaxın günlərdə “İbo Show” verilişi üçün çəkilişlərə başlayacağıq. Mahnı da oxuyacağam!”, - deyə İbrahim Tatlıses bildirib.

Qeyd edək ki, 2011-ci ildə silahlı hücuma məruz qalan Tatlıses uzun illərdir müğənnilik fəaliyyətini dayandırıb.

BAKU.WS
VİDEO