SİZİN REKLAM BURADA!
055 213 76 73


 

Türkiyənin tanınmış müğənnisi İbrahim Tatlıses mətbuata verdiyi açıqlama ilə diqqət mərkəzinə düşüb.
 
BAKU.WS-in məlumatına görə, müğənni Seyrantepedəki kababçıda jurnalistlərin suallarını cavablandırıb. Jurnalistlərə əlləriylə kabab bişirən müğənni şən hallarıyla diqqət çəkib.

Tatlıses yeməkdə 2011-ci ildə keçirdiyi silahlı hücumda yanında olan və yaralanan köməkçisi Damla Buket Çakıcı ilə yenidən birlikdə işləmək qərarı aldıqlarını söyləyib: "Damla xanım əvvəllər mənim menecerim idi. Ona təklif etdik, Allah razı olsun bizim təklifimizi qəbul etdi. Təkrar işə başladıq. İnşallah onunla çox daha irəliyə birlikdə gedəcəyik".
 
İbrahim Tatlıses eks həyat yoldaşı Ayşegül Yıldızdan olan qızı Elif Adayla əlaqədar da danışıb: "Elif Ada mənim ən balaca övladımdır. Bütün uşaqlarımı çox sevirəm, amma o çox fərqlidir. Ən kiçik olduğu üçün onun yeri ayrıdır. Elif Ada onu sevmədiyimi söyləyirmiş anasına. Qızım deyib ki, "atam mənə sarılmır". Tək qolumla onu qucaqladığım üçün ona sarılmadığımı, sevmədiyimi zənn edir. Anası mənə bunu söyləyəndə iki qolumu birləşdirib qızıma sarıldım. Çox xoşbəxt oldu". 

BAKU.WS