SİZİN REKLAM BURADA!
055 213 76 73


İran Xarici şlər naziri Cavad Zərif İraqda ABŞ-ın iki hərbi bazasının ballistik raketlərlə vurulmasından sonra açıqlama verib.

BAKU.WS NTV Türkiyə-yə istinadən xəbər verir ki, Zərif əməliyyatın BMT qətnaməsi çərçivəsində həyata keçirildiyini bildirib:

“İran BMT Nizamnaməsinin 51-ci maddəsinə uyğun olaraq mütənasib özünümüdafiə tədbirləri həyata keçirdi”.

O sözlərinə əlavə edib ki, İran müharibəyə cəhd etmir, lakin bundan sonra da bütün hücumlara qarşı özünü qoruyacaq:

“Bizə qarşı hər cür hərbi macərapərəstliyə qarşı xəbərdarlıq edirik”.

Fərid ƏDALƏT
BAKU.WS