VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

İran Parlament general Qasım Süleymaninin öldürülməsindən sonra ilk cavab addımını atıb.

BAKU.WS xəbər verir ki, “Tasnim” agentliyi İran Parlamentinin ABŞ Müdafiə Nazirliyini (Pentaqon) və ABŞ ordusunu terror təşkilatları siyahısına daxil edilməsi barədə qərar qəbul etdiyini yazıb.

Bununla İranın intiqam hədəfləri sısa Pentqaon rəsmilər və ABŞ-ın ordu rəhbərləri də daxil edilib.

Xatırladaq ki, bir neçə ay öncə ABŞ İslam İnqilabı Keşikçilər Korpusunu (SEPAH) terror təşkilatı elan etmiş, İran da cavab olaraq ABŞ-ın Mərkəzi Qüvvələr Komandanlığını (CENTCOM) terror təşkilatı elan etmişdi. ABŞ 3 yanvarda SEPAH-ın Qüds qüvvələrinin komandanı Qasım Süleymanini öldürülməsini də məhz daha öncəki qərarına görə əsaslandırıb. Belə ki, SEPAH terror təşkilatı siyahısına daxil edildiyi üçün ABŞ da Süleymaninin öldürülməsini qanuni hesab etdiyini açıqlayıb.

BAKU.WS