SİZİN REKLAM BURADA!
055 213 76 73


ABŞ Müdafiə Nazirliyi aparatının (Pentaqon) rəhbəri Erik Çuninq yanvar ayının sonunda vəzifəsini tərk edəcək.

BAKU.WS xəbər verir ki, bu barədə ictimaiyyətə Pentaqonun mətbuat katibi Alissa Farah məlumat verib.

Onun sözlərinə görə, E. Çuninqi bu vəzifədə Silahlı Qüvvələr Palatası Komitəsinin üzvü və Birgə Respublika Baş Komandanlığı sədrinin keçmiş müşaviri Jen Stuart əvəz edəcək.

ABŞ-ın müdafiə naziri Mark Esper həmkarına təşəkkür edib və ona uğurlar arzulayıb: "Müdafiə Nazirliyinin katibi vəzifəsinə gəldiyim müddətdə Erikin son yeddi ay ərzində peşəkarlığına, düşüncəsinə və rəhbərliyinə görə minnətdaram. Ona özəl sektora qayıtmağında ən yaxşısını diləyirik".

BAKU.WS