SİZİN REKLAM BURADA!
055 213 76 73


Türkiyə Böyük Millət Məclisində (TBMM) Liviyaya hərbi qüvvələrin göndərilməsini nəzərdə tutan təklifin müzakirəsi keçirilib.

BAKU.WS “Anadolu” agentliyinə istinadən xəbər verir ki, keçirilən səsvermədə 325 deputat təklifin lehinə səs verib. 184 deputat isə təklifə qarşı çıxıb.

Beləliklə, Türkiyənin Liviyaya hərbi yardım göndərməsi barədə qərar qəbul edilib.

Qərarı Liviya Dövlət Ali Şurası məmnuniyyətlə qarşılayıb. Şuradan verilən açıqlamada qeyd edilib ki, cinayətkar Hafterə dəstək verən BƏƏ, Misir, Rusya və Fransa kimi ölkələr Liviya xalqına böyük zülm edib və dağıntılara səbəb olublar:

“Bu vəziyyət bizi, xalqımızı və sivilləri qorumaq üçün Türkiyədən dəstək istəməyə məcbur etdi”.

Qeyd edək ki, Liviya ilə Türkiyə arasında 27 noyabr 2019-cu ildə İstanbulda "Şərqi Aralıq dənizinin nəzarət sahələrinin razılaşdırılması" və "Təhlükəsizlik və hərbi əməkdaşlıq" memorandumu imzalanıb.

BAKU.WS