SİZİN REKLAM BURADA!
055 213 76 73


Milli Məclisin deputatı, Xalq artisti Zeynəb Xanlarova ilə bağlı maraqlı faktlar üzə çıxıb.

BAKU.WS xəbər verir ki, jurnalist Cavanşir Həsənli Xanlarovanın 2012-ci ildən etibarən ABŞ-a köçdüyünü və Bruklin şəhərində “Zeynəb Xanlarova Fondu” yaratdığını yazıb.

Onun sözlərinə görə, deputatın 2013-cü ildə Bruklində Şipşid Bay küçəsi, 1629 tikdirdiyi 3 mərtəbəli binanın 3-cü mərtəbəsində fondun ofisi yerləşir:

“İkinci mərtəbə yerli hüquq firmalarından birinə icarəyə verilib. Ən alt qatında isə Avropa mətbəxi ilə tanınan “Esquiri” restoranı yerləşir. 232.2 kv.m sahəsi olan restoran illik 120 min dollara icarəyə verilib. Yəni aylıq icarəsi 10 min dollar! İcarədən gələn vəsait isə Amerikada xeyriyyə işləri ilə məşğul olan fonda gedir”.

Qeyd edək ki, 9 fevral 2019-cu ildə keçiriləcək növbədənkənar parlament seçkilərində 83 yaşlı Zeynəb Xanlarovanın namizəd olub-olmayacağı bilinmir.

BAKU.WS
QALEREYA