SİZİN REKLAM BURADA!
055 213 76 73


Rusiyanın Krasnodar diyarının Armavir şəhərində erməni faşist cəlladı Qaregin Njdenin xatirə lövhəsinin sökülməsi erməniləri qəzəbləndirib. Hətta iş o yerə çatıb ki, Armavirdə yaşayan ermənilərin bir qrupu Azərbaycan Televiziyasının məsələ ilə bağlı burada çəkiliş aparan əməkdaşlarına hücum çəkərək onlara xəsarət yetirib, kameranı sındırıblar.

BAKU.WS xəbər verir ki, Armavirdə erməni nasistə xatirə lövhəsinin qoyulması, faşist havadarının qəhrəmanlaşdırılması Azərbaycan və Rusiya ictimaiyyətində haqlı narazılığa səbəb olub. 

Lövhə söküldükdən sonra AZTV-nin xüsusi müxbiri yenidən Armavirə yollanıb: öz peşə vəzifəsini yerinə yetirmək üçün. Birbaşa bağlantıya qoşulub, lövhənin sökülməsi ilə bağlı məlumat verdikdən sonra Armavirdə yaşayan ermənilərin bir qrupu ona hücum çəkərək xəsarət yetirib və kanala məxsus kameranı sındırıblar.

Şəhərin mərkəzində təxminən 50-yə yaxın erməni əməkdaşlarımızı mühasirəyə alaraq müxbirin kompüterini əlindən almağa cəhd göstərib. Məsələyə polis müdaxilə edib. Azğınlaşmış qrup polisin işinə belə mane olmağa çalışıb.

Xatırladaq ki, bu günlərdə Armavir Şəhər Dumasının deputatı Aleksey Vinoqradov nasist havadarı Njdenin xatirə lövhəsinin üstünü qara rənglə boyamışdı. Qaregin Njde Böyük Vətən müharibəsi illərində nasional sosialistlərin erməni legionunun yaradıcısı olub. O, Şimali Qafqazda Sovet Ordusuna qarşı vuruşub. 1948-ci ildə nasist Almaniyasına havadarlıqda təqsirləndirilərək 25 il müddətinə azadlıqdan məhrum edilib və Vladimir həbsxanasında ölüb.

BAKU.WS
VİDEO