SİZİN REKLAM BURADA!
055 213 76 73


Gürcüstan polisi parlament binasını dünən axşam saatlarından etibarən mühasirəyə alan etirazçılara müdaxilə edib.

BAKU.WS “Anadolu” agentliyinə istinadən xəbər verir ki, 05:00 radələrindən etibarən polis etirazçılara təzyiqli su ilə binanın giriş qapılarından uzaqlaşdırıblar.

Bu zaman çaxnaşma düşüb. Bir neçə nəfər xəsarət alıb. 28 nəfərin isə saxlanıldığı bildirilir. Onların arasında siyasətçilərin də olduğu deyilir.

Xatırladaq ki, iyun ayında Gürcüstanda 26-cı Ortodoks Parlamentlərarası Baş Assambleyasında Rusiya Dövlət Dumasının deputatı Sergey Qavrilov parlament sədrinin yerində oturduğu üçün ölkədə genişmiqyaslı aksiyalar başlamış, Rusiya ilə Gürcüstanda arasında siyasi gərginlik yenidən pik həddə çatmışdı.

Etirazçıların tələblərindən biri də 2020-ci il parlament seçkilərinin proporsional sistem üzrə keçirilməsi idi. Gürcüstan hökuməti uzun dirənişdən sonra bu şərti qəbul etmişdi.

Lakin geridə qalan bir neçə ay ərzində bununla bağlı qanunun qəbul edilməməsi yenidən kütləvi etirazlara səbəb olub.

BAKU.WS
VİDEO

QALEREYA