VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən


Dünən Rusiyanın Kemerova şəhərində "Qış albalısı" ticarət mərkəzində yanğın olub. Son məlumata görə, hadisə nəticəsində ölənlərin sayı 53 nəfərə çatıb.

BAKU.WS xəbər verir ki, Kemerovo şəhərindəki dördmərtəbəli "Qış albalısı" ticarət mərkəzində yanğın martın 25-i, günün ikinci yarısında başlayıb. Yanğın 1500 kvadrat metr sahəni əhatə edib.

Kemerovo şəhərində ticarət mərkəzində baş verən yanğın söndürülüb.

Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır. 

Qeyd edək ki, bununla bağlı prezident İlham Əliyev Rusiya prezidenti Vladimir Putinə başsağlığı məktubu göndərib.

Məktubda deyilir: "Hörmətli Vladimir Vladimiroviç! Kemerovo şəhərinin ticarət mərkəzində çoxsaylı insan tələfatına səbəb olmuş yanğın barədə xəbəri dərin kədər hissi ilə qarşıladım.

Sizə, həlak olanların doğmalarına və yaxınlarına dərin hüznlə başsağlığı verir, xəsarət alanların tezliklə sağalmasını arzu edirəm”.

Nihat HÜSEYNZADƏ
BAKU.WS