13,99%-dən ZAMİNSİZ, KOMİSSİYASIZ NAĞD KREDİT

Gürcüstanın paytaxtı Tbilisidə müxalifətin növbəti etiraz aksiyası keçirilib.

BAKU.WS xəbər verir ki, bu barədə "Qruziya Onlayn" nəşri məlumat yayıb.

Bildirilir ki, minlərlə narazı insan Gürcüstan parlamenti və "Redisson" mehmanxanasının qarşısında toplaşıblar.

Nümayişçilər növbədənkənar parlament seçkilərinin keçirilməsini və "Gürcü arzusu" partiyasının hakimiyyətdən getməsini tələb ediblər.

Qeyd edək ki, Gürcüstanda etirazlar parlamentin Konstitusiyaya dəyişiklikləri qəbul etməməsindən sonra başlayıb. Dəyişikliklər parlament seçkilərinin qarışıq seçki sistemindən proporsional sistemə keçidi ilə əlaqədardır.

BAKU.WS
VİDEO

VİDEO