SİZİN REKLAM BURADA!
055 213 76 73


Noyabrın 15-də İran hakimiyyəti güzəştli benzin və başqa yanacağın qiymətini artırıb. Bundan sonra kvota çərçivəsində yanacağın qiyməti 15 min rial (0,353 dollar), ondan xaric isə 30 min rial (0,76 dollar) olacaq. Benzinin əvvəlki qiyməti 10 min rial (0,235 dollar) olub. 

BAKU.WS
Press TV-yə istinadən xəbər verir ki, İranda benzinin qiymətinin bahalaşmasına etiraz olaraq paytaxt Tehran, Əhvaz, Xorrəmşəhr, Bircan, Məşhəd, Geçsaran, Sircan, Bəndər Abbas, İsfahan və Şiraz şəhərlərində küçələrə çıxan insanlar etiraz ediblər.

Nümayişçilər Sircan şəhərində yanacaqdoldurma məntəqəsini yandırıdıqdan sonra Tehranda təhlükəsizlik qüvvələri yanacaqdoldurma məntəqələri qarşısında mühafizəni gücləndiriblər.

Aksiyalar zamanı bir neçə şəhərdə polislə narazı kütlə arasında qarşıdurmalar qeydə alınıb. Etirazçılar yollarda təkərlər yandırıb, avtomobillərin hərəkətinə əngəllər törədiblər. Toqquşmalarda bu günə kimi 25 nəfərin öldüyü, 400 nəfərin saxlanıldığı açıqlanıb. 

Qeyd edək ki, İranda benzinin bahalaşmasına ölkənin nüfuzlu din xadimləri də etiraz edib. Ayətullah Safi Gülpayiqani və Ayətullah Ələvi Qorqani benzinin artması ilə bağlı narahatlıqlarını bildirərək, İranın parlament üzvlərindən bu qərarın ləğv edilməsi üçün hərəkətə keçmələrini istəyiblər. 

İraq hökuməti etiraz aksiyaları səbəbindən İranla sərhəddəki Şələmçe cənubi sərhəd keçid məntəqəsini piyadaların gediş-gəlişinə bağlayıb. Keçidin bağlanmasını Tehran xahiş edib. Qadağa yalnız piyada insanlara şamil edilir, yük daşınmaları üçün sərhəd açıqdır.
BAKU.WS
VİDEO

VİDEO