VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Misirin vasitəçiliyi ilə İsraillə Fələstin arasında atəşkəs əldə olunub.

BAKU.WS “Anadolu” agentliyinə istinadən xəbər verir ki, bu barədə İslam Cihad Hərəkatının sözçüsü Musab əl-Bureym məlumat verib.

Onun sözlərinə görə, atəşkəs yerli 05:00-da qüvvəyə minib.

O, atəşkəsin İslam Cihadının önə sürdüyü şərtlər daxilində əldə olunduğunu bildirib.

Qeyd edək ki, İslam Cihad Hərəkatının Baş katibi Ziyad en-Nahhale daha öncə verdiyi açıqlamada atəşkəsin təmin edilməsi üçün sui-qəsdlərin dayandırılması, Qəzza sərhədində Böyük Qayıdış Yürüşünə qatılanların hədəfə alınmaması və Qəzzaya tətbniq edilən blokadanın qaldırılması şərtlərini irəli sürmüşdü.
BAKU.WS