Rusiyada kollecdə dəhşət - Tələbə yoldaşlarını güllələyən gənc intihar etdi - VİDEO

Rusiyada kollecdə dəhşət - Tələbə yoldaşlarını güllələyən gənc intihar etdi - VİDEO
Video
Siyasət 416
Rusiyada kolleclərin birinə silahlı hücum olub.BAKU.WS Ren tv-yə istinadən xəbər verir ki, Amur vilayətinin Blaqoveşensk şəhərindəki İnşaat və Kommunal Kollecində baş verib.Hadisəni kollecin 4-cü kurs tələbəsi törədib.Belə ki, həmin tələbə dərsə davamiyyətinə və davranışına görə auditoriyadan qovulub. Bundan sonra həmin gənc silah götürərək otağa girərək tələbə yoldaşlarına atəş açıb.Hadisə nəticəsində bir tələbə ölüb, 3 nəfər yaralanıb. Yaralılar Eqor S., Kasyan K., Vladislav R.-dır.Hadisəni törədən silahlı gəncin saxlanılması üçün əraziyə polis cəlb olunub. Gənc təslim olmaq istəməyib və hüquq-mühafizə orqanlarına atəş açmağa başlayıb.Polislər həmin tələbəni vurmağa məcbur olublar. Nəticədə yaralanan silahlı gənc özünü öldürüb.

Son xəbərlər