Helikopter qəzası zamanı Qətərin dörd, Türkiyənin üç vətəndaşı həlak olub
Ölkənin ərazi sularında helikopterin düşməsi nəticəsində Qətər Silahlı Qüvvələrinin (SQ) dörd hərbi qulluqçusu, Türkiyə Silahlı Qüvvələrinin bir hərbçisi və Türkiyə şirkətinin iki əməkdaşı həlak olub.
BAKU.WS report-a istinadən xəbər verir ki, bu barədə Türkiyənin Müdafiə Nazirliyi məlumat yayıb.
"Martın 21-i axşam saatlarında Qətər və Türkiyə silahlı qüvvələrinin birləşmiş komandanlığının fəaliyyəti çərçivəsində təlim tapşırıqlarını yerinə yetirən Qətər SQ-yə məxsus helikopter texniki nasazlıq səbəbindən dənizə düşüb", - bəyanatda deyilir.
Qəza nəticəsində göyərtədə olan yeddi nəfər, o cümlədən hər iki ölkənin hərbi qulluqçuları və Türkiyənin "Aselsan" şirkətinin əməkdaşları həlak olub.
Qurumdan vurğulanıb ki, Türkiyə və Qətər arasında hərbi əməkdaşlıq qüvvədə olan razılaşmalar çərçivəsində davam edir.
Qeyd olunur ki, qəzanın dəqiq səbəbləri Qətər tərəfindən aparılan istintaqın yekunlarına əsasən müəyyən ediləcək.
***
Qətərdə helikopter qəzasında 3 türk hərbçi həlak olub.
BAKU.WS report-a istinadən xəbər verir ki, bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyi məlumat yayıb.
Məlumata görə, onlardan biri Türkiyə Silahlı Qüvvələrinin hərbçisi, iki nəfər ASELSAN müdafiə sənayesi şirkətinin əməkdaşıdır.
Nazirlik qeyd edib ki, Türkiyə ilə Qətər arasında hərbi əməkdaşlıq və koordinasiya fəaliyyətləri mövcud müqavilələr və planlar çərçivəsində fasiləsiz davam edir.
***
Qətərin axtarış-xilasetmə xidmətləri ərazi sularında qəzaya uğrayan hərbi helikopterdə olan yeddi nəfərdən altısının meyitini tapıb.
BAKU.WS report-a istinadən xəbər verir ki, bu barədə Qətərin Daxili İşlər Nazirliyi məlumat yayıb.
"Davam edən axtarış-xilasetmə əməliyyatının bir hissəsi olaraq, göyərtədə olan yeddi nəfərdən altısının meyiti tapılıb", - açıqlamada deyilir.
Qeyd olunur ki, xilasedicilər itkin düşmüş bir nəfərin axtarışını davam etdirirlər.
Daha əvvəl Qətərin Müdafiə Nazirliyi hərbi helikopterin ölkənin ərazi sularında texniki nasazlıq səbəbindən qəzaya uğradığını bildirib.
Oxşar xəbərlər
ABŞ-nin İranla müharibəyə çəkdiyi xərc bilindi
ABŞ-nin İrana qarşı hərbi əməliyyat xərcləri artıq 27 milyard dolları ötüb. BAKU.WS report-a istinadən xəbər verir ki, bu barədə ABŞ-nin "Epik qəzəb" əməliyyatı...