SİZİN REKLAM BURADA!
055 213 76 73


Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan dünən verdiyi açıqlamada İŞİD terror təşkilatının 10 gün öncə öldürülən keçmiş lideri Əbubəkr əl-Bağdadinin həyat yoldaşının tutulduğunu açıqlamışdı.

BAKU.WS xəbər verir ki, mətbuatda Bağdadinin arvadının yeni keçirilən əməliyyatda saxlanıldığı yazılmışdı.

Ərdoğan bu gün verdiyi açıqlamada onun 1,5 ilə yaxındır saxlanıldığını söyləyib:

“Bu faktı ilk dəfədir açıqlayıram. Yanında Bağdadinin uşağı da var”.

Türkiyə Prezidenti Bağdadinin yaxınlarının saxlanılması istiqamətindən tədbirlərin davam etdirildiyini sözlərinə əlavə edib.

Qeyd edək ki, Bağdadinin bacısı 65 yaşlı Rəsmiyə, gəlini və 5 nəvəsi  4 noyabrda Suriyanın Hələb əyalətindəki Azaz şəhəri yaxınlığında ailəsi ilə birlikdə yaşadığı yük konteynerinə basqın zamanı tutulub.
BAKU.WS