055 213 76 73
BAKU.WS xəbər verir ki, bu barədə "Wall Street Journal" məlumat yayıb.
İraq və Suriyadakı əməliyyatlarda böyük itki verən İŞİD yeni üzv toplamaq üçün sosial şəbəkəyə üz tutub. Terroçular təbliğat materiallarını populyar video paylaşım saytı olan "TikTok" üzərindən gənclərə çatdırmağa çalışır.
İŞİD-çilərin paylaşdığı videolar "YouTube" və digər sosial şəbəkələr tərəfindən qadağan edildiyi üçün terrorçular "TikTok"a müraciət etmək məcburiyyətində qalıb.
Məsələnin ictimailəşməsindən sonra "TikTok" rəhbərliyi İŞİD-ə məxsus videoları şəbəkədən silməyə başlayıb.
"TikTok" nədir?
Dünyada yarım milyarddan çox istifadəçisi olan "TikTok", ən populyar şəbəkələr arasında ilk sırada qərararlaşıb. İstifadəçilər şəbəkə vasitəsilə 15 saniyəlik video görüntülər paylaşa bilir.
BAKU.WS
QALEREYA