VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən


Türkiyə sərhəddinə 300-dən çox İŞİD terrorçusu toplaşıb.
 
BAKU.WS-in məlumatına görə, Kilisdə İŞİD-çilərin Türkiyəyə girmə cəhdlərinin qarşısını almaq məqsədilə "həyəcan" siqnalı verilib. Sərhəddə gözləyən terrorçular arasında türklərin də olduğu bildirilir. 

Terrorçuların Türkiyənin sərhəd kəndlərinə terror hücumu planlaşdırdığı güman edilir. Suriyalı miqrantların arasında gizlənərək özlərini qaçqın kimi qələmə verən terrorçular Türkiyəyə girdikdən sonra böyük şəhərlərdə partlayışlar törədəcəklər. 
 
 
Hüquq mühafizə orqanlarının əldə etdiyi məlumata görə, terror təşkilatı Kilis və Qaziantepdə terror hadisəsi törədəcək. İŞİD-çilər sözügedən şəhərlərə Suriyadan gizli yollarla silah-sursat və partlayıcı maddələr toplayıb. 
 
BAKU.WS