SİZİN REKLAM BURADA!
055 213 76 73


 
 

 

İŞİD terror təşkilatı Suriyanın Rakka şəhərinə həyata keçirilən hava hücumlarından sonra ailələrini başqa bölgəyə köçürməyə başlayıb.
 
 
BAKU.WS-in məlumatına görə, Livan qəzeti "Al Akhbar" qəzeti bu iddianı səhifələrində dərc edib. İŞİD-in paytaxtı olaraq bilinən Rakkaya Rusiya qırıcılarının raket zərbələri endirməsindən sonra terrorçular ailələrini azad etməyə başlayıblar. Hərbiçilər Suriyadan evakuasiya etdikləri ailələrini İraqda nəzarətlərində olan Mosul şəhərinə götürüblər. 
 
Rusiya Müdafiə Nazirliyinin yaydığı məlumata görə, Rakka bölgəsində rus təyyarələrinin reallaşdırdığı hava hücumunda 50-dən çox İŞİD hədəfinin vurulduğu bildirilib. Rusiya terroristlərə qarşı təşkil edilən hava hücumlarının davam edəcəyinini də açıqlayıb. 

Qeyd edək ki, Rakka 2013-cü ilin mart ayında "Əl-Qaidə" ilə əlaqəli olan "Al-Nusra Cəbhəsi" döyüşçüləri tərəfindən ələ keçirilmişdi. Bundan bir neçə ay sonra İŞİD-in nəzarətinə keçən şəhər terrorçuların paytaxtı olaraq elan edilmişdi.
 
BAKU.WS