SİZİN REKLAM BURADA!
055 213 76 73


Türkiyə Silahlı Qüvvələri Suriya Milli Ordusu ilə birgə Suriyanın Resulayn şəhərini terrorçu PKK/YPG-PYD qruplaşmasından tam azad edib.

BAKU.WS-in məlumatına görə, bu barədə məlumatı Türkiyə Milli Müdafiə Nazirliyi yayıb.

Qeyd edək ki, Türkiyə Silahlı Qüvvələri Suriya Milli Ordusu ilə birlikdə oktyabrın 9-da Suriyanın şimalında “Barış pınarı” adlı antiterror əməliyyatına başlayıb.

Məqsəd Türkiyə-Suriya sərhədini terrorçu PKK/YPG-PYD və İŞİD qruplaşmalarından təmizləmək, terror dəhlizinin yaradılmasına imkan verməmək, Suriyada əmin-amanlığın yaranmasına nail olmaqdır.
BAKU.WS