SİZİN REKLAM BURADA!
055 213 76 73


Türkiyə ordusunun dünən Suriyada PKK/YPG terorrçularına qarşı başlatdığı antiterror əməliyyatı ilə bağlı yeni məlumatlar açıqlanıb.

BAKU.WS “Anadolu” agentliyinə istinadən xəbər verir ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan əməliyyatın başladığı 17:00-dan bu vaxta qədər 109 terrorçunun öldürüldüyünü açıqlayıb.

O, bir çox yaralı və təslim olan terrorçunun da olduğunu bildirib.

Qeyd edək ki, hazırda Türkiyə ordusu Fərat çayının şərq sahilinə doğru irəliləyir. Əməliyyatda 40 min türk əsgər iştirak edir. Onlara Suriya hökumətinə müxalif olan 20 min nəfərlik silahlı dəstə dəstək verir.
BAKU.WS