SİZİN REKLAM BURADA!
055 213 76 73


Çeçenistanın daha bir sadə vətəndaşı prezident Ramzan Kadırovdan üzr istəyib.

BAKU.WS
xəbər verir ki, buna səbəb onun öz qızının toy mərasimində iştirak etməsi olub. 

Yerli adətlərə görə, atanın öz qızının toy mərasimində iştirakı qəbuledilməz sayılsa da, video müraciətin müəllifi buna əməl etməyib. 

Atanın öz qızının toy mərasimində iştirakı ilə bağlı videonun yayılmasından sonra Ramzan Kadırov buna münasibət bildirib və videodakı şəxsi adətləri pozduğu üçün yerli xalqdan üzr istəməyə çağırıb. 

Çeçenistan prezidentinin müraciətindən sonra gəlinin atası da həm Kadırov, həm də yerli xalqdan hərəkətinə görə üzr istəyib.
BAKU.WS
VİDEO