Çeçenistan Respublikasının dövlət başçısı Ramzan Kadırov Bakıdadır. 

BAKU.WS-in məlumatına görə, çeçen lider Instagram-da paylaşım edib. 

Bakıdan video paylaşan Kadırov "Qardaş ölkəni salamlayıram. Bakı möhtəşəm və gözəldir" sözlərini qeyd edib.

Qeyd edək ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 27-də Rusiya Federasiyası Çeçenistan Respublikasının başçısı Ramzan Kadırovun rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.

BAKU.WS