SİZİN REKLAM BURADA!
055 213 76 73


 
Çeçenistan lideri Ramzan Kadırov toy mərasimində sərpayı olub.
 
BAKU.WS-in məlumatına görə, bu barədə Kadırov özü video paylaşıb. Çeçen lider bildirib ki, onun əziz qardaşı, Kurçaloevyskovo idarəsinin rəisi İsmayıl Aquevanın və Linda Tuxiqovoyanın toy mərasimi olub.
 
Mərasimdə əlinə çubuq alan Kadırov meydançada oynayanlara nəzarət edib. El adəti ilə keçirilən toy mərasimində maraqlı anlar yaşanıb. İ.Quevanın polis dostları da toyda iştirak edib.
 
Kadırov bildirib ki, toy hüquq-mühafizə orqanları tərəfindən keçirilən məclislər arasında ən yüksək səviyyəlisi olub. Çeçen lider zarafatyana bildirib ki, rəqs zamanı heç kim zərər çəkməyib. Kadırov bəy və gəlini təbrik edib və onlara xoşbəxtlik arzu edib. 
 
Şahin Həbibov 
BAKU.WS