ABŞ hərəkətə keçdi - Körfəzə əsgər göndərir

ABŞ hərəkətə keçdi - Körfəzə əsgər göndərir
Siyasət 434
ABŞ müdafiə naziri Mark Esper Səudiyyə Ərəbistanı və Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) tələbi ilə hava hücumundan müdafiə məsələsində dəstək üçün Körfəzə hərbi qüvvə göndərəcəklərini açıqlayıb.BAKU.WS “Posta”ya istinadən xəbər verir ki, o, Yəmən qüvvələrinin S.Ərəbistanın “Aramco” neft şirkətinin zavodlarına dronla hücumlarının bölgədə gərginliyi artırdığını söyləyib və bu məsələdə İranı ittiham edib.“S.Ərəbistanı və BƏƏ strateji obyektlərini qorumaq üçün dəstək istədi. ABŞ Prezidenti Donald Tramp dəstək göndərilməsi üçün icazə verib. Bu, hücumlara qarı atdığımız ilk addımdır. Həmçinin onlara özlərini müdafiə edə bilmələri üçün təchizat göndərilməsini sürətləndirəcəyik”.O, İranı da təhdid edərək ehtiyac olduğu təqdirdə hərbi müdaxilə etməyə hazır olduqlarını da söyləyib:ABŞ Baş Qərargah rəisi Jozef Danford isə göndərilən hərbi qüvvələrin əsasən müdafiə məqsədli olacağını, lakin bunun hələ tam dəqiqləşdirilmədiyini bildirib.

Oxşar xəbərlər

Səudiyyə Ərəbistanı neft obyektlərinə hücumla bağlı İranı ittiham edib - FOTO

Səudiyyə Ərəbistanı neft obyektlərinə hücumla bağlı İranı ittiham edib - FOTO

Səudiyyə Ərəbistanı hökuməti bu günlərdə ölkənin neft sənayesi müəssisələrinə törədilmiş hücumlarla bağlı İranı ittiham edib.BAKU.WS-in Əl-Ərəbiyyə kanalının is...

1055 Siyasət 23:14 18 sentyabr 2019

Son xəbərlər