Əfqanıstanın Pərvan əyalətində ölkə prezidenti Əşrəf Qaninin seçki kampaniyası zamanı terror aktı baş verib.

BAKU.WS “Anadolu” agentliyinə istinadən xəbər verir ki, partlayış mitinq iştirakçılarının arasında törədilib.

14 nəfərin öldüyü bildirilir. Yaralıların sayı ilə bağlı isə məlumat verilməyib.

Əşrəf Qaninin isə xəsarət almadığı açıqlanıb.

Qeyd edək ki, Əfqanıstanda prezident seçkiləri 28 sentyabrda keçiriləcək.

BAKU.WS


QALEREYA