Körfəzdə növbəti gərginlik - İran daha bir tankeri saxladı

16
sen
2019
17:59
İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) Bəsrə körfəzində Birləşmiş Ərəb Əmirliklərinə (BƏƏ) dizel daşıyan tankeri saxladığını açıqlayıb.BAKU.WS NTV-yə istinadən xəbər verir ki, gəminin göyərtəsindəki 11 nəfər də saxlanılıb.Tankerin hansı ölkənin bayrağı altında üzdüyü açıqlanmayıb. Saxlanılan gəmi Hörmüzgana aparılıb.Qeyd edək ki, İngiltərənin 4 iyulda İrana aid bir tankeri Cəbəllütariqdə saxlamasından sonra körfəzdə gərginlik yüksəlib. Belə ki, İran 13, 19 və 31 iyul tarixlərində İngiltərə və Panamaya məxsus tankerləri saxlayıb.Fərid ƏDALƏT
Oxşar xəbərlər
ABŞ-ın gizli oyunu üzə çıxdı - RÜŞVƏT QALMAQALI
ABŞ Dövlət Departamentinin İrana məxsus tanker ələ keçirmək üçün kapitana rüşvət təklif etdiyi ortaya çıxıb.BAKU.WS NTV-yə istinadən xəbər verir ki, bu barədə “...
