Körfəzdə iki tanker partladı - Neftin qiyməti bahalaşdı
13
iyn
2019
15:31
Oman körfəzində iki tanker partlayıb.BAKU.WS “Euronews”a istinadən xəbər verir ki, yanan “Kokuka Courageous” adlı tankerin Panama, “Front Altair” adlı tankerin isə Marşal Adaları bayrağı altında üzdüyü bildirilir.Hadisədən sonra iki gəmidəki ümumilikdə 44 nəfər İran sahil mühafiəzi xidməti tərəfindən xilas edilib.“Kokuka Courageous” tankerinin Səudiyyə Ərəbistanından Sinqapura methanol daşıdığı açıqlanıb. Məlumata görə, tanker naməlum şəkildə gövdəsindən zərbə alıb.Tankerlərin hücuma məruz qaldığı ehtimalı üzərində araşdırma aparılır.Qeyd edək ki, bu hadisədən sonra neftin qiyməti 4 faiz artıb.Fərid ƏDALƏT
Qalereya
Oxşar xəbərlər
SON DƏQİQƏ Xəzərdə tanker partladı - İtkin düşənlər var - VİDEO
Xəzər dənizində tanker partlayıb. BAKU.WS REN TV-yə istinadən xəbər verir ki, partlayış Rusiyanın Mahaçqala limanında baş verib.“Rosmorreçflot”dan (Росморречфло...