SİZİN REKLAM BURADA!
055 213 76 73


Rəcəb Tayyib Ərdoğanın nüvə silahına sahib olan ölkələri tənqid etməsindən sonra hansı ölkədə bu silahdan olması məsələ gündəmə gəlib.

BAKU.WS “Euronews”a istinadən xəbər verir ki, o, “Başqalarında nüvə başlıqlı raketlər var, amma bizdə bundan niyə olmamalıdır? Bunu qəbul etmirəm” deyə Türkiyənin nüvə silahına sahib olmasını istəməyənləri tənqid edib.

Ərdoğan bildirib ki, Türkiyənin yanında İsrail kimi təhlükə var və özünü təhlükədən sığortalamaq üçün nüvə silahına sahib olmasına ehtiyac var.

Maraqlı bir sual ortaya çıxır. Dünyada nə qədər nüvə silahı var?

Stokholm Beynəlxalq Sülh İnstitutu (SIPRI) və ABŞ Elm Adamları Federasiyasının (FAS) hesablamalarına görə, hazırda dünyada ümumilikdə 14 min 995 nüvə silahı var. Bunlar isə cəmi 9 ölkənin əlindədir.

Rusya – 6850
ABŞ – 6450
Fransa – 300 (hidrogen bombası da var)
Çin - 280
İngiltərə - 225
Pakistan - 150
Hindistan - 140
İsrail - 80
Şimali Koreya - 20
BAKU.WS