SİZİN REKLAM BURADA!
055 213 76 73


Türkiyədə iki ailə arasında nişanın geri qaytarılması üstündə kütləvi qarşıdurma yaranıb.

BAKU.WS
xəbər verir ki, hadisə Bursa şəhərində baş verib.

Uşaq vaxtı evlənmələri valideynləri tərəfindən razılaşdırılan gənclərdən birinin (oğlan) bundan imtina etməsi iki ailə arasında böyük narazılıq yaradıb.

Eyni məhəllənin sakinləri olan ailə üzvləri arasında kütləvi dava zamanı 1-i ağır olmaqla, 9 nəfər yaralanıb.

Tərəflər qarşıdurma zamanı daş parçası, dəyənək və bıçaqdan da istifadə ediblər.

Hadisə yerinə gələn polis əməkdaşları tərəfləri gözyaşardıcı qazla sakitləşdirə bilib.

Dava iştirakçılarından 18 nəfər saxlanılıb.
BAKU.WS
VİDEO