Azərbaycanlılar nadir xəstəliyə tutulan türk uşağın anasını sevindirdilər - VİDEO
09
avq
2019
10:31
Türkiyənin İzmir şəhərinin Karabağlar rayonunda yaşayan Adnan və Süheyla cütünün 10 yaşlı övladı Kayra Uzman "ixtioz" xəstəliyindən əziyyət çəkir.BAKU.WS xəbər verir ki, bu barədə "Sabah" qəzeti yazıb. Həkimlərin mütəmadi olaraq məsləhət gördüyü nəmləndirici, krem, duş geli, şampun və günəşdən qoruyan dərmanlardan istifadə edən azyaşlının bədənin bir hissəsində şiddətli qaşınma müşahidə olunur və yaralar sağalmaq bilmir. Türkiyədə 2 il əvvəl qanuna edilən dəyişiklikdən sonra pensiya ala bilməyən Uzman ailəsi azyaşlı üçün dərmanlarını ala bilmir və onun yaraları da günü-gündən pisləşib.Uşağına lazım olan dərman və digər vasitələri ala bilmək üçün kömək istəyən azyaşlının anası ictimaiyyətə müraciət edib. Türkiyənin Diyarbəkir, Ankara və İstanbul kimi şəhərləri ilə yanaşı, Azərbaycandan olan ailələr də Uzman ailəsinin səsinə səs verib və ona krem, dərmanlar göndərib. Edilən yardımdan sonra təxminən 7 ay müddətində kremlə bağlı problem yaşamayacağını söyləyən Süheyla Uzman hər kəsə təşəkkür edib: "Hər kəsə minnətdaram və çox təşəkkür edirəm. Lazım olan kremlərin hamısını almışıq. İndi çox xoşbəxtik. Hər dəfə yardım gələndə bağlamaları Kayra ilə açıldıq, adlarını birgə oxuduq. Övladım hər axşam bu insanlara dua edir. Krem həyatımızın vacib təminatına çevrilib. Krem olduğu müddətdə Kayra həyata qayıdır".
Qalereya
Oxşar xəbərlər
Hindistanda azyaşlının ağzından 526 diş çıxarılıb - VİDEO
Hindistanda 7 yaşlı uşağın aşağı çənəsinin sağ küncündən 526 ədəd diş çıxarılıb.BAKU.WS xəbər verir ki, Savith Diş Kollecində həkimlər müayinə apardıqdan sonra...