SİZİN REKLAM BURADA!
055 213 76 73


Türkiyənin İzmir şəhərindən sonra, Dənizli şəhərində də zəlzələ baş verib.

BAKU.WS xəbər verir ki, bu barədə ölkənin Fövqəladə Hallar Nazirliyi məlumat yayıb. 

Zəlzələ Antalya, Burdur və Spartada da hiss edilib.

Son məlumata görə, Denizlinin Bozkurt məhəlləsində yerli vaxtla 14:25-də 6 bal gücündə zəlzələ qeydə alınıb.

***15:02

Türkiyənin İzmir şəhəri sahillərində Rixter cədvəli üzrə 4,8 bal gücündə zəlzələ baş verib.

BAKU.WS xəbər verir ki, bu barədə "Anadolu" agentliyi məlumat yayıb. 

Zəlzələ İzmir və qonşu şəhərlərdə daha güclü hiss edilib. Təbii fəlakət insanlar arasında həyəcan yaradıb. 

Xəsarət alanlar və dağıntılar barədə məlumat verilmir. 

Xatırladaq ki, İzmirin Karaburun rayonunda səhər saatlarında da 3,4 bal gücündə zəlzələ baş vermişdi. 
BAKU.WS
VİDEO