BAKU.WS Virtualaz.org-a istinadən xəbər verir ki, bu barədə Belarus XİN-in mətbuat katibi Anatoli Qlaz Minskdə keçirdiyi brifinqdə bildirib.
Bundan əlavə açılış mərasiminə Mərkəzi Avropa Təşəbbüsünün Baş katibi Roberto Antonione, Baltik dənizi dövlətləri Şurasının baş direktoru Mayra Moyra və 40-dan çox ölkənin milli olimpiya komitələrinin rəhbərləri qatılacaqlar.
Anatoli Qlaz bildirib ki, açılış mərasimində Rusiyadan baş nazir Dmitri Medvedev və Çeçenistan rəhbəri Ramzan Kadırov da olacaqlar.
Xatırladaq ki, I Avropa Oyunları 2015-ci ildə Bakıda keçirilib, həmin oyunların açılış mərasimində Rusiya prezidenti Vladimir Putin də iştirak etmişdi.
BAKU.WS