SİZİN REKLAM BURADA!
055 213 76 73


İstanbulun Pendik, Tuzla və Yalova rayonunda güclü yağış həyatı iflic edib.

BAKU.WS xəbəer verir ki, leysan nəticəsində yolda nəqliyyatın hərəkəti dayanıb, maşınlar su altında qalıb. Bir çox obyektləri su basıb.

O cümlədən, Pendikdə məktəblərdən birinin zirzəmisini və birinci mərtəbəsi su altında qalıb. Hadisə yerinə xilasedicilər cəlb edilib, məktəbdən şagirdlər təxliyə edilib. 

Bundan başqa, təhlükəsizlik məqsədilə bölgədəki uşaq bağçalarının da müvəqqəti olaraq fəaliyyəti dayandırılıb. 
BAKU.WS
VİDEO