SİZİN REKLAM BURADA!
055 213 76 73


Dünyanın ən məşhur taksi şirkəti olan Uber-in avtomobilində təcavüz hadisəsi baş verib.

BAKU.WS
milli.az-a istinadən xəbər verir ki, Uber-in onlayn tətbiqində avtomobilin hərəkət trayektoriyasını izləyən kişi maşının uzun müddət dayandığını gördükdə vəziyyətdən şübhələnərək həmin əraziyə gedib.

O, avtomobilə yaxınlaşanda Uber sürücüsünün onun arxa oturacaqda olan qızına təcavüz etdiyini görüb.

Hadisə ilə bağlı polisə xəbər verən kişi Uber-ə də şikayət məktubu ünvanlayıb.

Şirkətdən verilən açıqlamaya görə, sürücü dərhal vəzifəsindən uzaqlaşdırılıb, məsələ ilə bağlı polis məlumatlandırılıb.

Qeyd edək ki, hadisə ABŞ-ın Merilend ştatının ən böyük şəhəri olan Baltimorda baş verib.
BAKU.WS
QALEREYA