SİZİN REKLAM BURADA!
055 213 76 73


Donetskidə məscid atəşə tutulub.

BAKU.WS
Rusiya mediasına istinadən xəbər verir ki,  müsəlmanlar məsciddə Ramazan bayramını qeyd edən zaman Ukrayna silahlıları məscidə atəş açıblar.

Qondarma Donets Xalq Respublikası milisi tərəfindən verilən məlumatda bildirilir ki, silahlanmış şəxslər saat 7.30-da Donetskin şimalından atəş açıblar. Hədəf məscid olub.

İlkin məlumata görə, məscidin ərazisinə düşən qəlpələr atəşin minomyotdan açıldığını sübut edir.

Məsciddə bayramı qeyd edən çoxsaylı müsəlman olsa da, xəsarət alan olmayıb.

Zülfiyyə Qurbanova

BAKU.WS