SİZİN REKLAM BURADA!
055 213 76 73


Ukraynanın prezidenti Vladimir Zelenski yeni əmri ilə Odessa regional administrasiyasının keçmiş sədri Mixail Saakaşvilini Ukrayna vətəndaşlığına qaytarıb.

BAKU.WS BBS-yə istinadən xəbər verir ki, qeyd edilən sənəd bu gün Ukrayna dövlət başçısının saytında yer alıb. 

“Ukraynanın prezidentinin 2017-ci il 26 iyul tarixli 196 nömrəli qərarına dəyişikliklər edilsin və Mixail Saakaşvilinin Ukrayna vətəndaşlığına dair müddəalar aradan qaldırılsın” – deyə əmrdə bildirilir.

Qeyd edək ki, Gürcüstan və Ukrayna siyasətçisi  2017-ci ilin iyul ayında  Ukraynanın keçmiş prezidenti Petro Poroşenkonun əmri ilə vətəndaşlıqdan məhrum edilib.
BAKU.WS