Türkiyənin paytaxtı Ankarada atışma olub.

BAKU.WS
Türkiyə KİV-nə istinadən xəbər verir ki, hadisə iki qrup arasında bilinməyən səbəbdən yaşanıb.

Silahlı insidentdə 18 və 25 yaşlarında iki nəfər ölüb.

Açılan güllələrdən biri hadisə yerindən 500-600 metr aralıda olan bir qadını yaralayıb.

Hadisə yerinə çoxsayda polis əməkdaşı və təcili yardım briqadası cəlb edilib. Yaralı qadın xəstəxanaya aparılıb.

Araşdırmalar nəticəsində hadisənin terrorla əlaqəsi olmadığı bəlli olub. Atışma şəxsi münaqişə zəminində baş verib.

BAKU.WS